Hökməlidə şəhidlərin adlarını daşıyan küçədə təmir işləri aparılır - FOTO - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu çərçivədə Abşeron rayonunun Hökməli qəsəbəsində şəhid Elşən Müslümov və şəhid Zülfüqar Qubadovun adlarını daşıyan küçələrdə təmir-bərpa işləri həyata keçirilir.
Layihəyə uyğun olaraq, Elşən Müslümov küçəsinin ümumi uzunluğu 850 metr, Zülfüqar Qubadov küçəsinin uzunluğu isə 600 metr təşkil edir. Hər iki küçənin hərəkət hissəsinin orta eni 6 metrdir.
Hazırda sözügedən ərazilərdə yararsız torpaq laylarının qazılması və çıxarılması, əks-dolğu və kipləşdirmə işləri, yeni yol əsasının hazırlanması və küçələrin profilə salınması prosesi həyata keçirilir. Aparılan işlər layihə-qrafikə uyğun şəkildə davam etdirilir və ilkin mərhələnin tamamlanması ərəfəsindədir.
Növbəti mərhələdə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq asfalt-beton örtüyünün döşənməsi, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə səviyyəsinə uyğunlaşdırılması və onların yenilənməsi nəzərdə tutulur.
Layihənin başa çatdırılması ilə, qeyd olunan küçələr müasir standartlara uyğun şəkildə yenidən qurularaq əhalinin istifadəsinə veriləcək.
Qeyd edək ki, 2025-ci il üzrə “İnvestisiya Proqramı” çərçivəsində Hökməli qəsəbəsində yerləşən, uzunluğu 400 metr olan Yusif Qarayev küçəsində də analoji təmir-bərpa işlərinin aparılması planlaşdırılır.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO



















