Horadiz-Ağbənd dəmir yolunun tikintisi davam edir

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapan "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" üzrə artıq 28 yaşayış məntəqəsinə qayıdış təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə yaşayan əhalinin sayı 55 min nəfər ətrafındadır".
Avtosfer.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı 30-cu Xəzər İnşaat Həftəsində bildirib.
O qeyd edib ki, onların təqribən 20 min nəfərə qədəri keçmiş məcburi köçkündür:
"Qalan əhali isə icra hakimiyyəti strukturlarında, tikintidə və digər şirkətlərdə çalışanlardır. Növbəti ilin sonunadək, yəqin ki, biz 100 minlik həddi alacağıq. Yəni 100 mindən çox keçmiş məcburi köçkünlərin geri qayıdışı baş tutacaq".
"Azad olunmuş ərazilərdə qısa müddətdə nəqliyyat-logistika ilə bağlı 500 km-dən artıq avtomobil yolu çəkilib.120-130 km uzunluğunda dəmir yolu xətti çəkilib. Horadiz-Ağbənd dəmir yolunun tikintisinin 75%-i tamamlanıb", - deyə V.Qasımlı əlavə edib.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












