Hörmüz boğazı yalnız düşmən gəmiləri üçün bağlıdır - İran nümayəndəsi

İran Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində Beynəlxalq Dəniz Təşkilatı (BDT) ilə sıx əməkdaşlıq etməyə hazırdır.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İranın sözügedən təşkilatdakı nümayəndəsi Əli Musəvi bildirib.
Onun sözlərinə görə, strateji əhəmiyyətli Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün açıqdır, lakin burada müəyyən istisnalar mövcuddur:
"Hörmüz boğazı İranın düşmənləri ilə əlaqəli olan gəmilər istisna olmaqla, bütün digər gəmilərin keçidi üçün açıqdır. Lakin boğazdan təhlükəsiz keçid yalnız Tehranla müvafiq təhlükəsizlik tədbirlərinin koordinasiya edilməsi şərti ilə mümkündür".
İranlı diplomat regionda yaranmış mürəkkəb vəziyyətə görə ABŞ və İsraili ittiham edib. O bildirib ki, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə təhdid yaradan hazırkı böhranın əsas səbəbi məhz bu iki ölkənin həyata keçirdiyi hərbi hücumlardır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












