Hörmüz boğazında gəmiçiliyin tam bərpası nə vaxt mümkün olacaq?

"İranla ABŞ arasında atəşkəs əldə olunsa belə, Hörmüz boğazında gəmiçiliyin tam bərpa edilməsi aylarla vaxt aparacaq".
Avtosfer.az xəbər verir ki, bunu "Financial Times" qəzetinə Yaponiyanın "NYK Line" gəmiçilik şirkətinin rəhbəri Takaya Soqa deyib.
Qeyd olunur ki, həllini gözləyən əsas problem 80-dək minanın qala biləcəyi su hövzəsinin təmizlənməsidir. Hazırda mülki gəmilər yalnız iki dar dəhlizlə - İranın Larak adası yaxınlığında və Oman sahilləri boyu təhlükəsiz şəkildə hərəkət edə bilirlər.
"Mövcud marşrutlar həddindən artıq məhduddur. Biz əvvəlki vəziyyətdən çox uzağıq", - deyə Soqa bildirib.
Onun sözlərinə görə, boğazın açılmasından sonra ilkin dövrdə daşıma həcmləri normanın yarısından azını təşkil edəcək. Müharibədən əvvəlki səviyyəyə qayıtmaq üçün su yollarının uzunmüddətli və təhlükəli təmizlənməsi tələb olunacaq.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












