“HRENGINEERING” MMC-nin tərəfdaşı olduğu beynəlxalq sammit başa çatdı - FOTO

8-10 sentyabr 2025-ci il tarixlərində İstanbulda 18 ölkənin yüksək səviyyəli rəhbərlərini bir araya gətirən “Executive Leadership & AI Transformation Summit”-də ölkəmiz "HRENGİNEERIG" MMC tərəfindən təmsil olundu.
Beş ulduzlu otellərin birində baş tutan sammitdə Azərbaycandan yeganə tərəfdaş qismində “HRENGINEERING” MMC iştirak etdi.
Üç gün davam edən tədbirdə Qətər, Əlcəzair, Türkiyə və digər ölkələrdən sahə üzrə qlobal ekspert və alimlər çıxış edərək süni intellektin həyatımızda və liderlikdə rolu, biznes və liderlik sahəsində gətirdiyi imkanlarla yanaşı, yaratdığı riskləri də iştirakçılarla bölüşdülər. Sammit çərçivəsində generativ AI-in etik-hüquqi aspektləri, mövcud trendlər, liderlik çevikliyi və gələcək tətbiqləri ilə bağlı qrup müzakirələri aparıldı və ekspertlərin rəyləri dinlənildi, sonda iştirakçılara beynəlxalq sertifikatlar təqdim olundu.
“HRENGINEERING” MMC-nin baş direktoru Aynur Mirzəzadə sammitdə çıxışı zamanı qeyd etdi: “VUCA Summit 2025 süni intellektin biznes və liderlikdə yaratdığı yeni imkanları anlamaq, eyni zamanda etik və strateji çağırışları müzakirə etmək üçün dəyərli platformadır. Azərbaycanın bu qlobal dialoqa qoşulması bizim üçün mühüm addımdır və ölkəmizdəki biznes icmasının beynəlxalq miqyasda rəqabət qabiliyyətini gücləndirəcək.”
Tədbir müddətində iştirakçılar İstanbulun strateji və mədəni əhəmiyyətli məkanlarına – Galataport, Ayasofya və Sultanahmet meydanı, Çamlıca Qülləsi, Türkiyə Kosmik Agentliyi və Boğaziçi Universitetinə texniki səfərlər edərək həm şəhərin tarixi irsi, həm də müasir inkişaf imkanları ilə yaxından tanış oldular.
“SAHARA Group”un təşkilatçılığı ilə keçirilən sammit iştirakçılar üçün qlobal ekspertlərlə bilik mübadiləsi aparmaq, müxtəlif sənaye sahələrində süni intellektin praktiki tətbiqlərini öyrənmək, etik və hüquqi məsələlər barədə strateji müzakirələr aparmaq, həmçinin qlobal şəbəkələşmə imkanları qazanmaq baxımından dəyərli mühit oldu.
“HR Forum Baku” və “HR Summit Baku” tədbirlərinin müəllifi olan “HRENGINEERING” MMC həm yerli, həm də beynəlxalq tədbirlərdə təşəbbüskarlıqla iştirak edərək bu tip layihə və tədbirlərin davamlılığını təmin edir və yaxın gələcəkdə yeni təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident

















