Hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı sui-qəsdlər artıb - Ukrayna DİN

Ukraynada hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı sui-qəsd halları və cəhdləri 2024-cü illə müqayisədə kəskin artıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.
O, qeyd edib ki, hazırda bu hallar kifayət qədər çoxdur:
"Buna görə çoxlu sayda qurbanlarımız var. Lvovda polis əməkdaşlarına qarşı baş verənlər bu qəbildəndir. Kiyevdə isə təkcə bu il ərzində 4 belə hal baş verib. Dnepropetrovsk və Jitomir vilayətlərində də bu hallar çoxdur".
Klimenko bildirib ki, Xarkovda iki belə hal qeydə alınıb. Lvov və Rivnedə də polis əməkdaşları hücumlara məruz qalıblar. "Ternopol, Odessa, Sumı, Nikolayev və Çernovtsı vilayətlərində də hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı sui-qəsdlər çoxdur" , - Ukraynanın daxili işlər naziri deyib.
Onun sözlərinə görə, bütün terror aktları vahid sxem üzrə həyata keçirilir. Polis əməkdaşı xidməti nömrəyə zənglə guya partlayıcı qoyulmuş ünvana çağırılır:
"Amma əslində ünvanda polis əməkdaşlarını terror aktı gözləyir".
İ.Klimenko bildirib ki, Rusiyanın agent şəbəkəsinin fəallığına görə belə hallar artıb. Nazirin fikrincə, Ukraynanın bütün güc strukturları buna qarşı tədbirləri gücləndirməlidir.
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq












