II qrup üzrə qəbul planı və dövlət sifarişi yerləri açıqlandı

2025/2026-cı tədris ili üçün respublika ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.
Dövlət İmtahan Mərkəzindən Avtosfer.az-a bildirilib ki, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 615, rus bölməsi üzrə 590 plan yeri nəzərdə tutulur.
Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2730 olmaqla, II ixtisas qrupu üçün cəmi 14 min 935 plan yeri ayrılıb. II ixtisas qrupunda 4145 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.
Qeyd edək ki, iqtisadiyyat ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 13 yerin və menecment ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 12 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.
Dövlət sifarişi üzrə ayrılmış yerlərin müsabiqəsində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutuna qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












