İki manatlıq "çay pulu" 9 illik həbs tələbinə çevrildi: Məhkəmədən gözlənilməz qərar

Bakıda quldurluq etməkdə təqsirləndirilən Elvin Fətullayevin cinayət işinin məhkəməsi yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən sonuncu iclasda hökm elan edilərək təqsirləndirilən şəxsə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsinin CM-in 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsinə tövsiv edərək işə xitam verməklə, təqsirləndirilən E.Fətullayev məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənin 9 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, hadisə 2025-ci il mayın 23-də Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən restoranlardan birinin yaxınlığında baş verib.
İttihama görə Elvin Fətullayev restoranın yaxınlığında dayanan Ramil Hüseynova yaxınlaşaraq, ondan 2 manat çay pulu istəyib, R.Hüseynov isə bu tələbi yerinə yetirməkdən imtina edib. Bundan qəzəblənən E.Fətullayev onu izləyərək, ərzaq mağazasının qarşısında yaxalayıb üzünə və baş nahiyəsinə çox sayda xəsarət yetirib. R.Hüseynovun tanışı Rövşən Niyazovun əraziyə yaxınlaşmasından sonra E.Fətullayev hadisə yerindən qaçaraq, uzaqlaşıb.
Faktla bağlı cinayət işi başlanılıb, E.Fətullayev CM-in 181.2.1-ci (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 181.2.5-ci (quldurluq - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib. (oxu.az)
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












