İKT sektoruna 9 ayda 377 milyon manat investisiya yönəldilib

Azərbaycanda informasiya–rabitə, nəqliyyat–anbar təsərrüfatı sektorları iqtisadiyyatın inkişafında mühüm yer tutur.
Avtosfer.az xəbər verir ki, bu istiqamətlərdə fəaliyyətin genişlənməsi, xidmətlərə tələbatın artması və infrastrukturun yenilənməsi iqtisadi fəallığa müsbət təsir edir. Son dövrlərdə sektorlara cəlb olunan investisiyalar və gəlirlərdəki artım yeni inkişaf istiqamətlərinin formalaşdığını göstərir.
İnformasiya və rabitə sektoru rəqəmsal iqtisadiyyatın əsas dayaqlarındandır. Hazırkı dövrdə internetə, mobil rabitəyə və rəqəmsal xidmətlərə artan tələbat bu sektorun əhəmiyyətini daha da artırır. Həyata keçirilən layihələr xidmətlərin əlçatanlığına və sektorun iqtisadi imkanlarının genişlənməsinə şərait yaradır.
Görülən işlər nəticəsində 2026-cı ilin yanvar–sentyabr ayları ərzində Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1% artaraq 3 milyard 257 milyon 100 min manat olub. Nəticədə informasiya və rabitə sektorunun ÜDM-də payı 2%-ə, qeyri-neft/qaz ÜDM-də payı isə 2,9%-ə yüksəlib.
İnformasiya və rabitə sektoruna qoyulan investisiyalar da yeni imkanların formalaşmasına və xidmətlərin keyfiyyətinin yüksəlməsinə təkan verir. Sektora yatırılan investisiyaların həcmi real ifadədə 57,3% artaraq 376 milyon 500 min manat təşkil edib.
Nəqliyyat və anbar təsərrüfatı sektorunda məhsul buraxılışı 13 milyard manata çatır
Nəqliyyat və anbar təsərrüfatı sektorunda da iqtisadi göstəricilər yüksəlir. Azərbaycanın coğrafi mövqeyi ölkənin beynəlxalq nəqliyyat dəhlizlərində iştirakını və tranzit imkanlarını genişləndirir. Nəqliyyat infrastrukturunun inkişafı, rəqəmsallaşma, yükdaşımaların səmərəliliyinin yüksəldilməsi, daşınma müddətinin azaldılması tranzit daşımaların rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.
Bu ilin yanvar–sentyabr ayları ərzində sektorda yaradılan əlavə dəyərin həcmi 7 milyard 596 milyon manat olub. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10% çoxdur.
Bununla da sektorun ÜDM-də payı 7,4%, qeyri-neft/qaz ÜDM-də payı isə 10,6%-ə çatıb.
Nəqliyyat və anbar sektorunda göstərilmiş xidmətlərin həcmində də əhəmiyyətli artım müşahidə olunub. Belə ki, hesabat dövründə sektorun məhsul buraxılışı real ifadədə 10% artaraq 12 milyard 816 milyon 600 min manata yüksəlib.
Müqayisə dövrü ərzində sektora yatırılan investisiyalar 3 milyard 208 milyon 800 min manat təşkil edib ki, bu da real ifadədə 9,7% artım deməkdir.
İnformasiya–rabitə, nəqliyyat–anbar təsərrüfatı sektorlarında yeni layihələrin həyata keçirilməsi, texnoloji yeniliklərin tətbiqi və xidmət imkanlarının genişləndirilməsi gələcək inkişafa zəmin yaradır. Sözügedən sektorların inkişafı iqtisadiyyatın davamlı artımını dəstəkləyir.
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur












