İlham Əliyev FIFA prezidentini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib.
Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı ilə bağlı görülən işlərə verdiyi dəstəyə görə Canni İnfantinoya təşəkkür etdi.
Dövlətimizin başçısı gələn ay ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirdi. Azərbaycanın bu idman tədbirlərində iştirakının önəmini vurğulayan Prezident İlham Əliyev bütün bunların ümumilikdə regionda futbolun inkişafına töhfə verəcəyinə ümidvarlığını ifadə etdi.
Canni İnfantino qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Qonaq ilk dəfə ölkəmizdə keçiriləcək 15 yaşadək oğlan futbolçular arasında dünya çempionatı və festivalının önəminə toxunaraq, dünyanın idman ictimaiyyətinin diqqətinin bu tədbirə yönələcəyini dedi.
Görüşdə Azərbaycanda futbolun inkişafı ilə bağlı görülən işlərdən söhbət açıldı, son dövrlərdə bu sahədə əldə edilən uğurlara toxunuldu.
Ölkəmizlə FIFA arasında uğurlu əməkdaşlığın qurulduğu vurğulanaraq, tərəfdaşlığın perspektivləri müzakirə olundu.
Söhbət zamanı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) FIFA-nın fəaliyyətinə verdiyi dəstək məmnunluqla qeyd edildi.
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi.






Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












