İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri TƏSDİQLƏDİ

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilib.
Avtosfer.az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb.
Dəyişikliklər gömrük qanunvericiliyinin tətbiqi zamanı ortaya çıxan məsələlərin həlli, gömrük fəaliyyətinin müasir tələblərə və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, rəqəmsal həllərin genişləndirilməsi, xarici ticarətin asanlaşdırılması və sahibkarların hüquqlarının qorunması məqsədilə hazırlanıb.
Qanuna əsasən, bir sıra yeni anlayışlar müəyyənləşdirilib, mövcud anlayışlar isə yenilənib, həmçinin Gömrük Məcəlləsinin digər qanunvericilik aktları ilə uyğunlaşdırılması təmin edilib.
Əsas yeniliklərdən biri gömrük orqanlarının səlahiyyətlərinin genişləndirilməsidir. Belə ki, gömrük borcu ödənilmədiyi hallarda gömrük orqanlarına şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ verilib. Borc ödənildikdən sonra həmin məhdudiyyətin aradan qaldırılması barədə qərarın qəbul edilməsi də gömrük orqanlarının səlahiyyətinə aid edilib.
Dəyişikliklərdə digər dövlətlərin gömrük xidmətləri ilə məlumat mübadiləsinin tranzit daşımalarını da əhatə etməsi, səyyar gömrük auditinin nəticələri barədə şəxslərə 3 iş günü ərzində məlumat verilməsi, eləcə də gömrük baxışı və yoxlamalarının daha detallı hüquqi tənzimlənməsi nəzərdə tutulub.
Bundan başqa, gömrük daşıyıcısı fəaliyyəti üçün lisenziya tələbi aradan qaldırılıb, daşıyıcıların dairəsi genişləndirilib və onların siyahılarının elektron formada dərc olunması nəzərdə tutulub.
Dəyişikliklər həmçinin "Səlahiyyətli İqtisadi Operator" institutunun təkmilləşdirilməsini, malların gömrük dəyərinin milli valyuta ilə bəyan edilməsini, gömrük borcunun qismən ödənildiyi hallarda təminatın mütənasib şəkildə azad edilməsini və "Yaşıl Dəhliz" sisteminin daimi istifadəçilərinə əlavə səlahiyyətlərin verilməsini ehtiva edir.
Dövlət başçısı yeni qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












