İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini WUF13-ə dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak etməyə dəvət edib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında danışıb.
"Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığımıza qayıdaraq, bir daha onları təbrik etmək və COP29-un uğurlu keçirilməsinə verdikləri töhfəyə görə minnətdarlığımı bildirmək istərdim. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ondan çox panel müzakirəsi təşkil etmiş, çoxsaylı müzakirələrdə iştirak etmiş və COP29-un uğuruna fəal töhfə vermişdir.
Bu il biz daha bir vacib qlobal beynəlxalq tədbir - Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini və bütün kollektivini Forumda fəal iştiraka dəvət edirəm. Ümid edirəm ki, bir neçə aydan sonra Bakıda sizlərlə görüşüb dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi kimi ortaq məqsədimizə dair müzakirələrimizi davam etdirəcəyik", - deyə dövlətimizin başçısı bildirib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












