İlham Əliyev onlara təşəkkür etdi - YENİLƏNİB

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin "X" hesabında paylaşım edilib.
"İran dövləti tərəfindən Naxçıvana edilən hücumları qınadığına və Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə göstərdiyi dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm", - deyə paylaşımda qeyd olunub.
***
Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqriyə İranın Naxçıvana etdiyi dron hücumlarından sonra Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Prezidentin "X" hesabında paylaşım edilib.
"İran İslam Respublikasının Naxçıvanda mülki infrastruktura qarşı həyata keçirdiyi son dron hücumlarından sonra prinsipial mövqeyinə və həmrəyliyinə görə Slovakiya Prezidenti Peter Pelleqriyə səmimi təşəkkürümü bildirirəm. Azərbaycanın Tehrandan Slovakiya diplomatik heyətinin təxliyəsi zamanı göstərdiyi operativ dəstək ölkələrimiz arasında yüksək səviyyəli və strateji münasibətlərin aydın təzahürü, həmçinin beynəlxalq əməkdaşlığa sadiqliyimizin ifadəsidir" - paylaşımda vurğulanıb.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












