İlham Əliyev Yerlan Sıdıkova təbrik məktubu göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lev Qumilyov adına Avrasiya Milli Universitetinin İdarə heyətinin sədri-rektoru Yerlan Sıdıkova təbrik məktubu göndərib.
Avtosfer.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Sizi və rəhbərlik etdiyiniz kollektivi əlamətdar yubiley - Lev Qumilyov adına Avrasiya Milli Universitetinin (AMU) yaranmasının 30 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Yarandığı gündən etibarən AMU şərəfli yol keçərək mühüm uğurlara imza atmış, Qazaxıstanın aparıcı ali təhsil müəssisələrindən biri, regionda mötəbər elm və təhsil mərkəzinə çevrilmişdir.
Professor-müəllim heyətinin peşəkarlığı və tədris prosesinin təşkilinə innovativ yanaşma sayəsində AMU bu gün yüksək keyfiyyətli təhsilin simvolu, qlobal əhəmiyyətli təhsil müəssisələrindən biri hesab olunur. Universitetin bir çox məzunları müstəqil Qazaxıstanın inkişafına və rifahına öz töhfələrini verirlər.
22 il ərzində bu şanlı elm ocağının fəxri professoru adını daşıdığım üçün böyük fərəh hissi duyuram.
Əminəm ki, AMU bundan sonra da dünyanın nüfuzlu universitetləri sırasındakı mövqeyini daha da möhkəmləndirəcək, fundamental elmin inkişafı və dövrün tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanması kimi ali missiyasına sədaqətlə xidmət edəcəkdir.
Bu əlamətdar yubiley günündə Sizə, Universitetin bütün professor-müəllim heyətinə və tələbələrinə möhkəm cansağlığı, tükənməz enerji, fəaliyyətinizdə yeni zirvələr və uğurlar arzulayıram".
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO










