İmran Xana azadlığı üçün razılaşma təklif edilib?

Həbsdə olan Pakistanın keçmiş Baş naziri İmran Xan üçün hökumət tərəfindən azadlığa buraxılma müqabilində gizli bir razılaşma təklif edildiyi iddiası gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, İmran Xanın oğlu Qasım Xan “CBC News”a verdiyi müsahibədə atasına belə bir təklifin olunma ehtimalını istisna etməyib.
“Bir tərəfdən baxsam, onun bu razılaşmanı qəbul etməsini çox istərdim”, – deyə Qasım Xan bildirib.
Lakin o, atası ilə 7 aydan çoxdur danışmadığını və mümkün təklifin təfərrüatları barədə birbaşa məlumata malik olmadığını da əlavə edib. Qasım Xan həmçinin atasının digər siyasi məhbusları düşünərək yalnız öz azadlığı üçün belə bir şərti qəbul etməsinin çox çətin olacağını vurğulayıb.
Pakistanın İnformasiya Naziri Ətaullah Tarar isə iddialarla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib və rəsmi İslamabad təklif iddiasını təsdiqləməyib.
Xatırladaq ki, 73 yaşlı İmran Xan 2023-cü ildən bəri həbsdədir. Korrupsiya ittihamları ilə cəza çəkən eks-Baş nazir həbsinin siyasi sifarişli olduğunu bildirir. Avqust ayında Pakistan Ali Məhkəməsi səhhətinə görə onun xüsusi xəstəxanaya köçürülməsinə qərar vermişdi.
İmran Xanın sədri olduğu “Pakistan Tehreek-e-Insaf” (PTI) partiyasının rəhbərliyi isə siyasi məhbusların azad edilməsi, İmran Xanın bəraət alması və erkən seçkilərin keçirilməsi halında etiraz aksiyalarını təxirə sala biləcəklərini bəyan edib./qafqazinfo
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












