"iPhone" işlədənlərə pis xəbər - Bezdirici reklamlar gəlir

“Apple” şirkəti xidmətlərindən daha çox gəlir əldə etmək üçün yollar axtarmağa davam edir.
Avtosfer.az News24.az-a istinadən xəbər verir ki, növbəti addım “Apple Maps” tətbiqində reklamların yerləşdirilməsi olacaq.
İstifadəçilər reklamları artıq yay aylarının əvvəlində görəcəklər, rəsmi elan isə mart ayında veriləcək.
Mexanizm “Google”un reklam sistemini xatırladacaq.
Biznes sahibləri “pizzaçı” və ya “avtoservis” kimi açar sözlər üzrə hərracda iştirak edə biləcəklər. Ən yüksək təklif verən şirkət axtarış nəticələrinin ən yuxarısında görünəcək və istifadəçi həmin obyektə keçidi birbaşa nəticələrdə görəcək.
Lakin bu, yeganə dəyişiklik deyil. “Apple” “App Store” daxilində də reklam imkanlarını genişləndirir.
Əvvəllər istifadəçi ekranın yuxarı hissəsində yalnız bir reklam görürdü, lakin indi axtarış nəticələrini sürüşdürərkən əlavə reklam blokları da görünəcək.
Şirkətdən bildirilib ki, yeni format ilk olaraq Böyük Britaniya və Yaponiyada istifadəyə veriləcək.
“Apple Ads”in mövcud olduğu digər bazarlarda isə martın sonuna qədər tətbiq olunacaq. Bununla belə, bu yenilik hər kəsi əhatə etməyəcək. Cihazda “iOS” və ya “iPadOS”un 26.2 və daha yeni versiyası quraşdırılmış olmalıdır.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












