İran ABŞ-nin şərtlərinə cavab verib

"Hazırda amerikalılar bizə cavab veriblər. Cavablarında şərtlərimizin bəzilərini qəbul ediblər, lakin bir sıra məsələlərdə qeyri-müəyyənlik qalır. Beləliklə, cavab verən tərəf biz yox, amerikalılardır. Onların cavabını qənaətbəxş hesab etmirik".
Avtosfer.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.
Onun sözlərinə görə, növbəti mərhələyə keçidin mümkün olması üçün ABŞ mövcud qeyri-müəyyənlikləri aradan qaldırmalıdır. "Görmək lazımdır ki, onlar bu qeyri-müəyyənlikləri aradan qaldıra biləcəklərmi ki, növbəti mərhələlər başlasın, yoxsa yox", – Rezai vurğulayıb.
Şura katibi qeyd edib ki, son iki ay ərzində Vaşinqton diplomatik əlaqələrin bərpası ilə bağlı təkliflərlə vasitəçilər üzərindən dəfələrlə Tehrana müraciət edib.
"Son iki ayda amerikalılar üç kanal – Pakistan, Qətər və hətta İraq vasitəsilə bizə təkliflər göndərib, öz təkliflərimizi onlara çatdırmağımızı istəyiblər. Biz ABŞ-yə yeddi şərt irəli sürmüşük və bildirmişik ki, bu şərtlər yerinə yetirilməsə, nə Hörmüz boğazı onların üzünə açılacaq, nə də danışıqlar aparılacaq", – o deyib.
Rezai, həmçinin İranın ABŞ ilə diplomatik təmaslara yanaşmasının dəyişdiyini və əvvəlki danışıqlar modelinə qayıtmaq niyyətində olmadığını bildirib.
"Diplomatiyamız dəyişib və biz əvvəlki modelə qayıtmayacağıq. Çünki üç raund danışıqlar aparmışıq və hər dəfə amerikalılar danışıqları yarımçıq dayandıraraq İrana hücum ediblər", – İran rəsmisi əlavə edib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












