İran səfiri İlham Əliyevə təşəkkür edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunu qəbul edib.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı QMİ yayıb.
Bildirilib ki, görüş zamanı Şeyxülislam son vaxtlar dost və qardaş ölkədə baş verən hadisələr zamanı dinc əhali, xüsusi ilə qız məktəbi şagirdləri arasında çoxsaylı insan tələfatı ilə bağlı ölkə dindarları adından dərin hüznlə başsağlığı verib.
QMİ sədrinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizin ərazisindən qonşu ölkələrə, o cümlədən İrana qarşı istifadəyə icazə verilməyəcək və bu prinsipial mövqe dəyişməz olaraq qalır.
A.Paşazadə qeyd edib ki, hər iki dövlət başçıları İlham Əliyevlə Məsud Pezeşkianın səmimi münasibətləri ölkələrimiz arasında əlaqələrin davamlı inkişafına, regionda sülhün, sabitliyin qorunmasına xidmət edir.
İran səfiri Müctəba Dəmirçilu başsağlığına görə Şeyxülislama minnətdarlığını bildirib, ölkəsinin bu ağır günlərində dost Azərbaycan dövlətinin və xalqının mənəvi dəstəyini, o cümlədən göstərilən humanitar yardımları yüksək qiymətləndirib. Səfir sülh və sabitliyə yönələn qətiyyətli mövqeyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
![]()
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












