İran səfirindən Azərbaycana Naxçıvan tələbi: “Azərbaycan təmin etməlidir”

İranın Ermənistandakı səfiri Xəlil Şirqolami Azərbaycana qarşı növbəti açıqlaması ilə gündəmə gəlib.
Avtosfer.az Ermənistan mediasına istinadən xəbər verir ki, diplomat sentyabrın 17-də TRIPP layihəsinə həsr olunmuş konfransda çıxışı zamanı Ermənistanın tranzit və iqtisadi potensialının artırılmasının İranın da maraqlarına uyğun olduğunu bildirib.
“Ermənistanın güclənməsi, eləcə də onun coğrafi, tranzit və iqtisadi potensialından maksimum istifadə etməsi İranın maraqlarına uyğundur”, - deyə Şirqolami bildirib.İran səfiri “Zəngəzur dəhlizi” ideyasına qarşı olduqlarını da açıq şəkildə ifadə edib.
“İran Zəngəzur dəhlizi ideyasına qəti və aydın şəkildə qarşı çıxıb”, - diplomat deyib.
Şirqolaminin sözlərinə görə, alternativ nəqliyyat layihələri çərçivəsində Ermənistanın suverenliyi və ərazi bütövlüyü İran üçün əsas məsələ olaraq qalır.
“İstənilən alternativ layihə çərçivəsində Ermənistanın milli suverenliyinin və ərazi bütövlüyünün qorunması İran üçün qırmızı xətdir”, - deyə o vurğulayıb.
Diplomat daha sonra Azərbaycanın üzərinə konkret öhdəlik qoyan açıqlama verib.
“Azərbaycan Ermənistanla İran arasında Naxçıvan vasitəsilə dəmir yolu əlaqəsinin mümkünlüyünü təmin etməlidir”, - Şirqolami bildirib.
O, Arazdəyən-Culfa dəmir yolu xəttinin yaradılmasının Ermənistanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıra biləcəyini söyləyib.
Şirqolaminin sözlərinə görə, belə bir marşrut Ermənistanı Körfəz və Qara dəniz arasında nəqliyyat bağlantısında mühüm qovşağa çevirə bilər.
İran diplomatının bu açıqlamaları regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda səslənib.
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












