İrandan Rusiyaya aparılan marixuana Azərbaycanda saxlanılıb - FOTO - VİDEO

Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Avtosfer.az komitəyə istinadən xəbər verir ki, İdarənin "Biləsuvar" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "təzə soğan" yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.
Yoxlama zamanı üzərinə yük yığılan taxta paletlərin alt hissəsində kustar üsulla düzəldilən saxlanc yerində gömrük nəzarətindən gizlədilən 80 bağlamada xalis təmiz çəkisi 25 kiloqram 570 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.



Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












