İRİA "EPAM Azərbaycan" ilə birgə yeni "Karyera Mükəmməlliyi" proqramına start verir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) EPAM ilə əməkdaşlıq çərçivəsində "İşə qəbul və öyrət" konsepti əsasında "Karyera Mükəmməlliyi" proqramına müraciətləri açıq elan edir. Proqramın məqsədi Azərbaycanda İT sahəsində erkən karyera mərhələsində olan istedadları cəlb edərək onların əmək bazarında yüksək tələbat olan bacarıqlara yiyələnməsini təmin etməkdir.
Avtosfer.az xəbər verir ki, "Karyera Mükəmməlliyi" proqramı "İşə qəbul və öyrət" konsepti əsasında həyata keçiriləcək. Bu konsept işə qəbul və təlim prosesini birləşdirən müasir yanaşmadır. Belə ki, bu yanaşma çərçivəsində iştirakçılar seçilərək işə qəbul olunur və onlar yalnız nəzəri biliklər əldə etmir, eyni zamanda real iş mühitində, gündəlik iş prosesinin bir hissəsi kimi praktik təcrübə qazanırlar. Proqramda qabaqcıl süni intellekt həllərinin tətbiqi ilə biznes analitika, proqram mühəndisliyi, mobil tərtibatçılıq və digər İT istiqamətlər üzrə karyera inkişafı imkanları təqdim olunur.
Proqram müddətində iştirakçılar EPAM komandasının üzvü kimi layihələr üzərində çalışır, təcrübəli sənaye ekspertlərinin dəstəyi ilə peşəkar bacarıqlarını inkişaf etdirəcəklər. Bu yanaşma öyrənmə və real iş təcrübəsini birləşdirərək iştirakçıların qlobal İT karyerasına daha sürətli inteqrasiyasını təmin edəcəkdir.
"Karyera Mükəmməlliyi" proqramı beş ay davam edəcək və müraciət üçün əsas şərtlər İT sahəsində 1 ildən artıq iş təcrübəsi, minimum B1 səviyyəsində ingilis dili biliyi və tam ştat olmaqla distant və ya Bakı şəhərində ofisdə işləmək imkanının olmasıdır.
Proqrama müraciətlərin qəbulu 31 mart 2026-cı il tarixinədək davam edəcək.
Müraciətlər üçün link: Discover Exciting Job Opportunities | EPAM Careers
İRİA "EPAM Azərbaycan" ilə 2025-ci ildən etibarən əməkdaşlıq etməkdədir. Bu əməkdaşlıq çərçivəsində "mygov Biznes" platformasının formalaşdırılması, həmçinin süni intellekt həllərinin yaradılması istiqamətində layihələr həyata keçirilməkdədir.
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO
Bakıdakı dəbdəbəli toyun sahibi o imiş - YENİLƏNİB
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
Bakının küçələri yeni tədris ilinə hazırdır?
Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİLİK
Hikmət Hacıyev diplomatlara təyyarədə mikrofonla təşəkkür etdi - VİDEO
"Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları - VİDEO
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır










