İRİA ilə “Mastercard” arasında Memorandum imzalandı - FOTOLAR

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Mastercard” şirkəti arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Avtosfer.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində ölkəmizdə qabaqcıl kibertəhlükəsizlik texnologiyasının tətbiqi, təşkilati və ekosistem səviyyəsində kiberdayanıqlılığın gücləndirilməsi, startapların inkişafı və innovasiyanın dəstəklənməsi, o cümlədən kibertəhlükəsizlik sahəsində peşəkar bacarıqların və liderlik potensialının artırılması nəzərdə tutulur.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Mastercard” şirkətinin rəhbər heyəti ilə görüş zamanı dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini vurğulayaraq bildirib ki, qabaqcıl texnoloji təcrübənin öyrənilməsi və tətbiqi Azərbaycanın rəqəmsal inkişaf və innovasiya sahəsində milli prioritetlərinin reallaşdırılmasına xidmət edir.
R. Həsənov, həmçinin qeyd edib ki, “Mastercard”la kibertəhlükəsizlik istiqamətində əməkdaşlığa xüsusi önəm veriləcək: “Əməkdaşlığımızın mühüm istiqaməti kibertəhlükəsizlik sahəsində rəqəmsallaşma, innovasiya və insan kapitalının inkişafı olacaqdır. Ortaq layihələrimizə “Mastercard” şirkətinin aparıcı ekspertləri cəlb olunacaq və Azərbaycandakı həmkarları ilə birgə təcrübə mübadiləsi aparılacaq ”.
“Mastercard” ilə əməkdaşlıq çərçivəsində startapların inkişafını sürətləndirmək məqsədilə kompleks dəstək mexanizmləri həyata keçiriləcək. Bu çərçivədə startapların seçimi və akselerasiyası, maliyyə resurslarına çıxışının təmin olunması, beynəlxalq ekspert və investor şəbəkələrinə çıxış, eləcə də mentorluq və bacarıqların artırılması təmin olunacaq. Eyni zamanda, startapların yerli və qlobal bazarlara çıxışı və kommersiyalaşdırılması üçün geniş imkanlar yaradılacaq.
Bununla yanaşı, Memorandum çərçivəsində regional liderlik və ölkələrarası əməkdaşlıq proqramının reallaşdırılması nəzərdə tutulur. Proqram müxtəlif təşkilatlar, maliyyə institutları və şirkətlərin informasiya təhlükəsizliyi üzrə rəhbər heyətlərinin bir araya gəlməsi, təcrübə mübadiləsi, aktual mövzuların müzakirəsi və xarici dövlətlərlə müvafiq sahə üzrə əməkdaşlıq məqsədini daşıyacaq.
Kibertəhlükəsizlik sahəsində dayanıqlı insan kapitalının yetişdirilməsi də əməkdaşlığın mühüm istiqamətini əhatə edəcək. Belə ki, insan kapitalının inkişafı çərçivəsində təlim proqramları, kibertəhlükəsizlikdə idarəçilik, risklərin idarə edilməsi və komplayens üzrə təhsil və mentorluq proqramları həyata keçiriləcək. Bu tərəfdaşlıq çərçivəsində Azərbaycanın regional innovasiya və kibertəhlükəsizlik mərkəzi kimi mövqeləndirilməsi, eləcə də daha geniş MDB regionunda dayanıqlılığın gücləndirilməsi, bacarıqların inkişafı, institutlararası əməkdaşlığın və məhsul və xidmətlərin ixrac potensialının təşviqinə yönəlmiş strukturlaşdırılmış regional proqramların həyata keçirilməsi nəzərdə tutulur.
“Mastercard” şirkətinin xidmətlər üzrə baş direktoru Kreyq Vosburq Azərbaycanda rəqəmsal transformasiya, innovasiya və insan kapitalının inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb: “Azərbaycan rəqəmsal texnologiyanın sürətlə inkişaf etdiyi ölkələrdəndir. Zənnimcə, bu əməkdaşlıq təcrübə mübadiləsi baxımından hər iki tərəf üçün faydalı olacaq”.
Qeyd edək ki, “Mastercard” 200-dən çox ölkədə fəaliyyət göstərən və əsasən ödəniş sistemləri üzrə ixtisaslaşan qlobal texnologiya şirkətidir. Şirkət qabaqcıl texnologiyalar, kibertəhlükəsizlik həlləri və dataya əsaslanan xidmətlər vasitəsilə təhlükəsiz və inklüziv rəqəmsal əməliyyatların həyata keçirilməsi istiqamətində həllər təqdim edir. “Mastercard” hökumətlərə, özəl sektora və fərdlərə uzunmüddətli və dayanıqlı rəqəmsal ekosistemin qurulmasında dəstək olmaq məqsədilə innovasiya, qlobal tərəfdaşlıq və rəqəmsal infrastrukturun inkişafını təşviq edir.




Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı MƏLUM OLDU
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - VİDEO - YENİLƏNİB
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO










