İRİA qanunvericilik dəyişiklikləri ilə bağlı brifinq keçirəcək

Sabah İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2026-cı il tarixli fərmanları ilə təsdiqlənən texnologiya və innovasiya sahəsində qanunvericilik dəyişikliklərinə həsr olunmuş media brifinqi keçiriləcək.
Avtosfer.az xəbər verir ki, brifinqin məqsədi dəyişikliklərin əsas istiqamətləri, tətbiq mexanizmləri və texnoloji sahibkarlıq ekosistemi üçün yaratdığı imkanlar barədə media nümayəndələrini məlumatlandırmaqdır.
Belə ki, saat 11:30-da, Azərbaycan İnnovasiya Mərkəzidə baş tutacaq brifinqdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Hüquq departamentinin müdiri Kaul Məmmədov çıxış edəcəklər.
Brifinqdə texnopark rezidentliyinin əhatə dairəsinin genişləndirilməsi və qeydiyyat prosesinin elektronlaşdırılması, vergi və sosial sığorta güzəştlərinin müddətinin uzadılması, startaplar və investorlar üçün yeni təşviq mexanizmlərinin tətbiqi, rəqəmsal səyyahlar və yüksəkixtisaslı mütəxəssislər üçün hüquqi imkanların yaradılması, innovativ məhsulların dövlət satınalmalarında iştirakını dəstəkləyən mexanizmlər, eləcə də sahibkarların hüquqlarının müdafiəsi ilə bağlı dəyişikliklər barədə məlumat veriləcək.
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu












