İRİA tərəfindən Biləsuvarda təlim keçirildi - FOTO

Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Milli Süni İntellekt Mərkəzinin təşkilatçılığı ilə Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” mövzusunda təlim keçirilib.
Avtosfer.az xəbər verir ki, təlimin əsas məqsədi dövlət qulluqçularının rəqəmsal bacarıqlarının artırılması, kibertəhlükəsizlik sahəsində biliklərinin gücləndirilməsi və müasir texnoloji alətlərdən effektiv istifadənin təşviqidir.
Təlimdə Biləsuvar rayonunda fəaliyyət göstərən müxtəlif dövlət qurumlarını təmsil edən 40-dan çox əməkdaş iştirak edib.
Tədbirin açılışında Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edib. Çıxışlarda bildirilib ki, rəqəmsal keçid yalnız texnoloji yenilənmə deyil, eyni zamanda vətəndaş və biznes subyektlərinə göstərilən xidmətlərin şəffaflığının, operativliyinin və keyfiyyətinin artırılmasına xidmət edən transformasiya prosesidir. Dövlət qurumlarında rəqəmsal inkişaf prosesinin sürətləndirilməsi, innovativ yanaşmaların tətbiqi və informasiya təhlükəsizliyinin gücləndirilməsi prioritet istiqamətlər kimi dəyərləndirilib.
Keçirilən təlimdə rəqəmsal savadlılığın əsas komponentləri, müasir iş mühitində tətbiq olunan rəqəmsal alətlər və onların təhlükəsiz istifadəsi qaydaları barədə geniş məlumat təqdim edilib və praktiki tövsiyələr verilib. Eyni zamanda, kibertəhlükəsizlik və məlumatların mühafizəsinə həsr olunmuş təlim sessiyası çərçivəsində sənədlərlə iş zamanı riayət edilməli təhlükəsizlik qaydaları, informasiya ehtiyatlarının və sistemlərinin kiber risklərdən qorunması məqsədilə tətbiq olunan alət və əsas prinsiplər iştirakçıların diqqətinə çatdırılıb.
Milli Süni İntellekt Mərkəzi tərəfindən təqdim edilən təlim çərçivəsində iştirakçılara süni intellekt alətlərinin sənəd dövriyyəsində, məlumatların təhlilində və vaxtın səmərəli idarə edilməsində tətbiq imkanları əyani şəkildə nümayiş etdirilib. Təlim zamanı süni intellektin dövlət qulluqçularının “rəqəmsal köməkçisi”nə çevrilməsi, qərarvermə prosesində analitik imkanların genişləndirilməsi və iş məhsuldarlığının artırılması yolları ətraflı müzakirə olunub.
İRİA tərəfindən ölkənin bütün regionlarında rəqəmsal inkişafın sürətləndirilməsi, dövlət qulluqçularının və vətəndaşların rəqəmsal bacarıqlarının artırılması, süni intellekt və kibertəhlükəsizlik sahəsində biliklərin genişləndirilməsi məqsədilə maarifləndirmə və təlim tədbirlərinin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.




Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi











