İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI

Banklar tərəfindən müştərilərə işsizlikdən sığorta xidmətinin təqdim edilməsi vətəndaşların işsiz qaldıqları zaman maliyyə təminatı məsələsini gündəmə gətirir.Bu xidmətin hansı şəxsləri əhatə edəcəyi və ödənişlərin hansı qaydada həyata keçiriləcəyi maraq doğurur.
Avtosfer.az xəbər verir ki, işsizlikdən sığorta mexanizminin tətbiqi ilə bağlı bir sıra suallar yaranır. Bəs bu sığorta kimlərə şamil olunacaq və vətəndaşlar hansı hallarda ödəniş ala biləcəklər?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, işsizlikdən sığorta işsiz qalan vətəndaşlara dövlət tərəfindən verilən müavinət deyil, bankdan kredit götürən şəxsin işini itirdiyi halda kredit öhdəliklərinin sığorta hesabına qarşılanmasını nəzərdə tutan mexanizmdir:
.jpeg)
''Yəni şəxs işlədiyi dövrdə kredit götürərkən bu sığortadan yararlanarsa, gələcəkdə işsiz qaldığı halda sığorta ödənişi hesabına kredit borcunun müəyyən hissəsi qarşılana bilər. İstehlak kreditləri üçün bu xidmətin könüllü olması müsbət addımdır. Lakin ipoteka və biznes kreditləri üzrə mexanizmin necə tətbiq ediləcəyi, sığorta haqqının məbləği və ödəniş şərtləri hələ də suallar doğurur. Çünki sığortadan yararlanmaq üçün vətəndaş əlavə ödəniş etməli olacaq. Eyni zamanda, işsiz qalan şəxsin hansı şərtlərlə sığorta ödənişi alacağı və mümkün sui-istifadə hallarının qarşısının necə alınacağı da dəqiqləşdirilməlidir. Bu mexanizm hazırda işsiz olan şəxslərə deyil, işlədiyi dövrdə kredit götürərək sığortalanan və sonradan işini itirən şəxslərə şamil olunacaq''.
Fatimə
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Güclü küləkdə bayrağı xilas etmək istədi - VİDEO
"Xalqımızın birliyi dünyaya nümunədir" - PREZİDENT
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB












