IV Şuşa Qlobal Media Forumu başa çatdı - YENİLƏNİB

IV Şuşa Qlobal Media Forumu başa çatıb.
Avtosfer.az xəbər verir ki, iki gün davam edən forumda dünyanın mextəlif media nümayəndələri, ekspert və rəsmi şəxslər iştirak edib.
Eyni zamanda forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunub. Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də foruma qatılıb.
Forumun builki mövzusu "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması"na həsr olunub.
Forumun ilk günündə Azərbaycan Prezidenti İlham Əliyev iştirakçılarla görüşüb, onların suallarını cavablandırıb.
Forum iştirakçıları "Xocalı Soyqırımı Memorial"ını, Xankəndidə Zəfər parkını ziyarət ediblər, həmçinin Şuşada görülən işlərlə tanış olublar.
Forumun ikinci günündə media, informasiya təhlükəsizliyi, süni intellekt və beynəlxalq əməkdaşlıq mövzularını əhatə edən bir sıra panel və interaktiv müzakirələr baş tutub.
Sessiyalarda müxtəlif ölkələrdən media rəhbərləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatların və aparıcı media qurumlarının nümayəndələri iştirak edərək qlobal informasiya mühiti, dezinformasiyaya qarşı mübarizə, media etikası və süni intellektin yaratdığı yeni imkanlar ətrafında fikir mübadiləsi aparıblar.
***10:06
İyulun 14-də IV Şuşa Qlobal Media Forumu işini davam etdirir.
Avtosfer.az xəbər verir ki, əvvəlcə forumun məqsəd və əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.
Forum panel sessiyalarla işini davam etdirir.
“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr edilən forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspertlər, rəsmi şəxslər təmsil olunur.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












