İcarəyə götürdüyü maşına müştəri tapıb 5100 manat beh aldı - FOTO

Vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən və mağazalardan oğurluq edən şəxs saxlanılıb.
Avtosfer.az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törədən Nahid Quliyev tutulub. Araşdırma zamanı müəyyən edilib ki, N.Quliyev tanışına məxsus torpaq sahəsinə və fərdi evə çıxarış almağa kömək edəcəyi vədi ilə onun 8400 manat pul vəsaitini ələ keçirib. Həmçinin o, icarəyə götürdüyü “Hyundai” markalı avtomobili satacağına dair yalan vəd verərək beh adı ilə digər bir şəxsin 5100 manatını alıb. Onun rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində 2 müxtəlif mağazaya müştəri kimi daxil olmaqla oğurluqlar etməsi və nəticədə zərərçəkənlərə 4287 manat maddi ziyan vurduğu da müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə N.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












