İcra hakimiyyətinin qabağındakı yol bərbad vəziyyətə düşüb - VİDEO

Paytaxtın bir sıra yollarında infrastrukturla bağlı ciddi problemlər var.
Avtosfer.az xəbər verir ki, Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində yolların vəziyyəti uzun illərdir həll edilməyən problemə çevrilib.
Qəsəbənin Səməd bəy Mehmandarov küçəsindəki avtomobillərin hərəkəti üçün nəzərdə tutulan hissə yağıntılardan sonra bərbad vəziyyətə düşüb. Bu küçə “Bakıxanov Mall” ticarət mərkəzi ilə Sabunçu Rayon İcra Hakimiyyəti arasındadır və qəsəbənin ən çox istifadə edilən küçələrindən biridir.
Yolların bu halda uzun müddət qalması həm nəqliyyat vasitələrinə zərər verə, həm də sürücülər üçün qəza şəraiti yarada bilər. Sözügedən yolun yanındaki səkidə bir müddət təmir işləri getsə də, yolda hansısa infrastruktur dəyişikliyi edilmədi.
Sakinlər aidiyyəti qurumlardan küçənin tezliklə təmir edilməsini xahiş edir.
Həmin küçədə yaranan vəziyyətin görüntülərini sizə təqdim edirik:
Fidan
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












