İctimai yerdə dini ayin keçirən şəxslər həbs edildi

Bir qrup şəxsin Xəzər rayonu ərazisində nəqliyyatın və piyadaların intensiv hərəkət etdiyi ictimai yerdə kütləvi dini ayin və mərasim adı altında aksiya keçirməyə cəhd göstərməklə qanunsuz hərəkətlər etməsi barədə daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, tədbir zamanı qeyd edilən hüquqazidd əməlləri törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Nigar Bağırova, 1984-cü il təvəllüdlü Aytən İbrahimova, 1981-ci il təvəllüdlü Şəhla Fərəcova, 1975-ci il təvəllüdlü Xoşqədəm Quliyeva, 1994-cü il təvəllüdlü Şərqiyyə Sadıqova və 1973-cü il təvəllüdlü Arzu Hüseynova saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və adları çəkilən 6 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












