İdarəetmədə köklü dəyişikliklərin ANONSU – Qarabağdakı model bütün ölkə üzrə tətbiq oluna bilər

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyalara verdiyi müsahibəsində bir sıra aktual məsələlərə toxunub. Həmin məsələlərdən biri də kadr təyinatları və idarəetmə modeli ilə bağlıdır.
“Mən həmişə kadrlara ədalətli olmuşam. Amma etimadı doğrultmayan, əyri yola gedənlər, əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, - belə hallar kifayət qədər çoxdur, - ya da ki, inzibati qaydada cəzalandırılır”, - deyə İlham Əliyev bildirib.
Dövlət başçısı idarəetmə modeli ilə bağlı da fikirlərini bölüşüb:
"Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər. Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur”.
Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri yaradılıb. Bu nümayəndəliklərin fəaliyyətinə paralel olaraq, rayon icra hakimiyyətləri də mövcuddur.
Bəs, Qarabağ və Şərqi Zəngəzurdakı idarəetmə modelinin ölkə üzrə tətbiqi nə vəd edir?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadənin fikrincə, bu dəyişiklik vətəndaş məmnunluğunun təmin edilməsində, problemlərin operativ həllində mühüm rol oynayacaq:
“Yerli KİV-lərə müsahibəsi zamanı Prezident bir çox məsələlərlə bağlı ciddi mesajlar verdi, bir sıra məsələlərə aydınlıq gətirdi. Onlardan biri də idarəetmə ilə bağlı məsələdir. Bir çox hallarda görürük ki, bəzi məmurlar üzərlərinə götürdüyü işi lazımi səviyyədə yerinə yetirmir, etimadı doğrultmurlar. Təbii ki, bunun həmin şəxslərin özləri üçün ciddi, acınacaqlı nəticələri də olur”.
Bəzi məmurların öz işlərinə məsuliyyətsiz yanaşması vətəndaşların bu və ya digər problemlərinin həll olunması məsələsində də ciddi narahatlıq yaradır. Prezident həmçinin, idarəetmə metodlarının dəyişdirilə biləcəyilə bağlı növbəti mesajını da verdi. Bir müddət əvvəl də dövlət başçısı müsahibələrinin birində qeyd edib ki, mövcud icra hakimiyyətləri struktur vahidi olaraq keçmiş sovet dövründən qalma strukturdur və köhnəlib. İşğaldan azad olunmuş ərazilər və Naxçıvan MR-na artıq Prezidentin xüsusi nümayəndələri təyin olunub. İndi də Prezident bu nümayəndəlik institutunun bütün ölkəni əhatə edə biləcəyilə bağlı mövqeyini bildirdi”.
“İdarəetmə üsullarında dəyişikliklər olacaq”
Əlizadə düşünür ki, yaxın dövrdə idarəetmə sahəsində müəyyən addımlar atılacaq:
“Prezidentin bu məsələni gündəmə gətirməsi o deməkdir ki, dövlət başçısı həmin istiqamətdə islahatlar aparılmasının tərəfdarıdır. Deməli, idarəetmə üsullarında müəyyən dəyişikliklər olacaq. İdarəetmə olduqca ciddi məsələdir. Ona görə də məsələ kökündən araşdırılmalı, analiz edilməli, ondan sonra qərar verilməlidir. Yaxın dönəmdə bu sahədə müəyyən addımların atılmasının şahidi olacağıq”.
“Çeviklik, operativlik təmin ediləcək”.
Partiya sədri xüsusi nümayəndəlik modelinin bir sıra üstünlüklərə malik olduğunu bildirib:
“Prezidentin xüsusi nümayəndəlik institutu özündə daha yığcam komanda ilə operativ idarəetməni ehtiva edir. Yəni bu modelin bütün ölkə üzrə tətbiqi nəticəsində məsələlərə daha çevik, operativ şəkildə münasibət bildiriləcək.
Başlıca məqamlardan biri də odur ki, bu fonda vətəndaş məmnunluğu təmin ediləcək. Əsas məsələ də məhz budur. Bu əsasda məmurlar üzərinə götürdüyü vəzifələri icra etmək üçün əhali ilə daha sıx təmasda olmalıdırlar. Belə olan halda onların məsuliyyəti artacaq, nəticədə vətəndaş məmnunluğu da təmin ediləcək”./bizim.media
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












