İKTA: Poçt rabitəsi operatorlarından şikayətlər var

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) poçt rabitəsi operatorları ilə görüş keçirilib.
Bu barədə Avtosfer.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
Tədbirdə İKTA-nın İstehlakçı hüquqları şöbəsinin rəhbəri Sarvan Cəbrayılzadə bildirib ki, görüşün əsas məqsədi xidmət keyfiyyətinin və istehlakçı məmnuniyyətinin artırılması istiqamətində atılan və atılacaq addımların müzakirə edilməsidir.
Qeyd edilib ki, sifarişlərin gecikdirilməsi, itirilməsi və ya səhv ünvana çatdırılması, həmçinin çəki və qiymət fərqinin yaranması, eyni zamanda müştəri xidmətləri mərkəzlərinin fəaliyyətinin zəif olması ilə bağlı vətəndaşlar tərəfindən tənzimləyici quruma şikayətlər daxil olur.
Eyni zamanda nəzərə çatdırılıb ki, intensiv alış-veriş dövrlərində sifarişlərin sürətli və vaxtında çatdırılması üçün poçt rabitəsi operatorları mövcud resurslarına diqqət yetirməli və baş verə biləcək gecikmə hallarının qarşısını almaq üçün səfərbər olunmalıdır.
Həmçinin qarşıya çıxan çətinliklərin birgə aradan qaldırılması və istehlakçı məmnuniyyətinin artırılması üçün maarifləndirici addımların genişləndirilməsinin və qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.
Qeyd edilib ki, İKTA istehlakçı məlumatlandırması prosesini davam etdirəcək və poçt rabitəsi operatorlarına ən çox şikayət edilən mövzularda audiovizual materialların hazırlanması üçün metodiki dəstək verəcək.
Poçt rabitəsi operatorlarının nümayəndələri gecikmələrin əsasən bəzi vaxtlarda bağlama sayının çox olması, təyyarə reyslərinin gecikməsi və bu kimi başqa məsələlərlə bağlı olduğunu bildiriblər. Qeyd edilib ki, elektron izləmə xidmətinin olmasına baxmayaraq bəzən müştərilərin eyni məsələ ilə bağlı çağrı mərkəzlərinə dəfələrlə müraciət etməsi halları yaşanır, bu isə növbələrin yaranmasına və xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Ümumilikdə şifahi müraciətlərin 24 saat, yazılı müraciətlərin isə xüsusi araşdırma tələb edilərsə, 2 həftə ərzində cavablandırıldığı qeyd edilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












