İlham Əliyev məktəblərlə bağlı hansı anonsu verdi? - AÇIQLAMA

Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə zamanı məktəblərin tədris proqramına dəyişikliklər edilməli olduğunu bildirib.
Həmçinin kadr hazırılğına böyük diqqət göstərilməli olduğunu vurğulayıb: "Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir", - Prezident qeyd edib.
Məktəblərdə tədris proqramlarına dəyişiklik deyildikdə nə nəzərdə tutulur? Hansı dəyişikliklər edilməlidir?
Bu haqda açıqlama verən təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, İlham Əliyevin tapşırığına əsasən, növbəti dövr üçün artıq tədris proqramında şagirdlərin yeni texnologiyalar, süni zəka və rəqəmsallaşdırma ilə bağlı biliklərinin formalaşmasına qədər mövzuların yer alması böyük dəstək olub və düşünür ki, təhsil naziri tərəfindən də, eyni zamanda tabeli qurumlar tərəfindən də artıq tədrisin növbəti mərhələlərində bu məsələ yer alacaq:
“İbtidai təhsil pilləsində, həyat bilgisi dərsliyində və informatika dərsliyində bu mövzulara geniş yer verilməsi mümkündür. İbtidai təhsil pilləsində, eləcə də informatika dərsliyində bu mövzular tədris oluna bilər. Çünki hal-hazırda dövr bunu tələb edir. Demək olar ki, bütün sferalarda artıq rəqəmsallaşma istiqamətində müvafiq tədbirlər görülür. Hətta dünyanın elə ölkələri var ki, orada dövlət idarəçiliyində birbaşa süni zəkadan geniş istifadə olunur. Hətta yaxın zamanda Avropa ölkələrinin birində yayılan xəbərə əsasən, hansısa nazir fəaliyyətini birbaşa süni zəka vasitəsilə həyata keçirirdi”.
Ekspert Azərbaycanda da artıq rəqəmsal inkişafla bağlı şagirdlərin bilik və bacarıqların formalaşmasının, onlarda ilkin biliklərin yaradılması üçün müvafiq olaraq dərsliklərdə də məhz bu yöndə informasiyaların yer almasının vacib olduğunu bildirib:
“Bununla paralel olaraq düşünürəm ki, həm rəqəmsal inkişaf üzrə, həm də elm və təhsil nazirliyi istiqamətində, yəni hər iki nazirlik tərəfindən xüsusilə təhsil müəssisələrində maarifləndirmə və təşviqi xarakterli işlərin aparılması, şagirdlərin maarifləndirilməsi də bu istiqamətdə mühüm töhfə vermiş olar”./sfera.az
Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
Azərbaycanla bu ölkə sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırılıb - RƏSMİ
Bir milyardlıq maliyyə pozuntusu iddiası: Saleh Məmmədovla bağlı ciddi ittihamlar
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB










