İlham Əliyev Nataliya Kiselovanı qəbul etdi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Bolqarıstan Milli Assambleyasının sədri Nataliya Kiselovanı qəbul edib.
Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin strateji xarakter daşıdığını deyərək əməkdaşlığın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərləri və həyata keçirilən birgə layihələri qeyd edib.
Siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı son illərdə enerji sahəsində aktiv qarşılıqlı fəaliyyətin həyata keçirilməsindən məmnunluğunu bildirib.
Azərbaycan Prezidenti Nataliya Kiselovanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısında iştirakının önəminə toxunub, səfərin səmərəli olacağına və ikitərəfli gündəliyiklə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaradacağına ümidvarlığını ifadə edib.
Qəbula görə dövlət başçısına minnətdarlıq edən qonaq ölkələrin əlaqələrinin inkişafından məmnunluğunu bildirib, Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni vurğulayıb.
Nataliya Kiselova Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko-Tarnovo şəhərində Trapezitsa Arxeoloji Muzey Qoruğunun bərpasını xatırladaraq bunun bolqar xalqı tərəfindən yüksək qiymətləndirildiyini deyib və bu layihənin həyata keçirilməsinə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.
Söhbət zamanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısının əhəmiyyətinə toxunularaq bu tədbirin quruma üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində rolu vurğulanıb. Assambleyaya sədrliyin Azərbaycandan Bolqarıstana keçdiyi bildirilərək ölkənin bu təşkilata yüksək səviyyədə sədrlik etdiyi qeyd olunub.

Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












