İlham Əliyev qazaxıstanlı həmkarına təbrik məktubu göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib.
Avtosfer.az xəbər verir ki, məktubda deyilir:
"Qazaxıstan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Sizin qardaş Qazaxıstanın hərtərəfli inkişafına yönəlmiş qətiyyətli siyasətiniz və həyata keçirdiyiniz islahatlar nəticəsində ölkəniz mühüm nailiyyətlər və uğurlar əldə etmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Qazaxıstana hər səfərimdə çiçəklənən və müasir bir diyara çevrilmiş ölkənizi görməkdən böyük qürur duyuram.
Xalqlarımızın ortaq tarixi-mədəni köklərindən güc alan, qarşılıqlı inam və dəstəyə əsaslanan Azərbaycan-Qazaxıstan əlaqələrinin və əməkdaşlığının gündən-günə genişlənərək yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Qarşılıqlı ali və yüksək səviyyəli səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər, həyata keçirdiyimiz birgə layihələr çoxşaxəli əməkdaşlığımızın inkişafında əhəmiyyətli rol oynayır. Bu mənada cari ilin martında Azərbaycana dövlət səfərinizi xüsusi qeyd etmək istərdim.
Azərbaycan qardaş Qazaxıstanla iqtisadiyyat, nəqliyyat-logistika, rəqəmsallaşma, infrastruktur, enerji, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrədə səmərəli tərəfdaşlığın inkişaf etdirilməsində və birgə layihələrin reallaşdırılmasında maraqlıdır.
Əminəm ki, Azərbaycan-Qazaxıstan əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişləndirilməsi, xalqlarımızın firavanlığlı, ölkələrimizin və regionumuzun rifahı naminə əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi, strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin daha da möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq diləyirəm".
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?












