İlham Əliyev qəbul keçirdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Çinin “China Datang Corporation Ltd.” şirkətinin Direktorlar Şurasının sədri Lü Cünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Avtosfer.az xəbər verir ki, dövlətimizin başçısı “China Datang Corporation Ltd.” şirkətinin böyük nümayəndə heyətinin Azərbaycana səfərinin əhəmiyyətinə toxunaraq, bunun əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğuladı. Ölkəmizdə çox sayda Çin şirkətinin fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev Azərbaycanla Çin arasında vizasız gediş-gəliş rejiminin tətbiqindən sonra Çindən ölkəmizə gələn turistlərin sayının artdığını qeyd etdi.
Dövlətimizin başçısı bu il Çinə dövlət və işgüzar səfərlərini xatırladı, həmin səfərlərdən sonra strateji tərəfdaşlıq əlaqələrimizin daha da genişləndiyini vurğuladı.
Qəbula görə minnətdarlığını bildirən Lü Cün Bakının inkişafının onlarda xoş təəssürat hissi yaratdığını dedi. Qonaq ölkəmizdə özlərinə qarşı dost münasibəti qeyd etdi.
Söhbət zamanı Azərbaycan ilə “China Datang Corporation Ltd.” şirkəti arasında enerji keçidi, yaşıl enerji və yaşıl sənaye parkı layihələri ilə bağlı fikir mübadiləsi aparıldı.


Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












