İlham Əliyev Trampı Nobelə namizədliyini dəstəklədi

Ağ Ev ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatı üçün dəstəkləyən xarici liderlərin siyahısını dərc edib.
Avtosfer.az xəbər verir ki, bu barədə nəşr Ağ Evin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.
Trampın namizədliyini Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Kambocanın Baş naziri Hun Sen, Qabon prezidenti Bris Oliqi Nguema, İsrailin baş naziri Benyamin Netanyahu, Pakistan hökuməti və Ruandanın xarici işlər naziri Olivier Nduhungirehe dəstəkləyib.
Daha əvvəl iyun ayında respublikaçı konqresmen Buddi Karter Trampı Nobel Sülh Mükafatına namizəd göstərmişdi. O, Nobel Komitəsinə yazdığı məktubda Trampın “İsrail və İran arasında silahlı münaqişəyə” son qoyulmasında “fövqəladə və tarixi rol” oynadığını bildirib. Bundan bir qədər əvvəl Pakistan hökuməti də onu Hindistanla münaqişədə vasitəçiliyinə görə mükafata layiq görülməsini tövsiyə etmişdi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












