İlham Əliyevə dəfələrlə təşəkkür etməyinin səbəbini açıqladı

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə dəfələrlə təşəkkür etməsinin səbəbini açıqlayıb.
Avtosfer.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında danışıb.
O, öz reaksiyasını tamamilə məntiqli və adekvat qərar hesab etdiyini bildirib:
“Mən fikir vermişəm ki, bizim baş verənləri dərk edilməsini həddindən artıq mürəkkəbləşdirmək meylimiz var. Məsələn, niyə bu mikrofon mavidir, o biri isə qırmızı, niyə sarı deyil, qaradır və artıq bunun əsasında geosiyasi nəticələr çıxarılır”.
Onun sözlərinə görə, Ermənistanla birbaşa əlaqəli hadisə baş verdikdə, ölkə buna öz münasibətini bildirməlidir: “Üstəlik, əgər bu münasibət müsbətdirsə, bunu mütləq açıq şəkildə ifadə etmək lazımdır”.
Paşinyan bu xüsusda son zamanlar atılan bir neçə vacib addımı xatırladıb. Bunlara isə ilk olaraq Qazaxıstandan, daha sonra isə Rusiyadan ölkəyə taxıl gətirilməsi zamanı məhdudiyyətlərin aradan qaldırılması, eləcə də Ermənistana dəmir yolu ilə daşımalara məhdudiyyətlərin olmaması daxildir:
“Bundan əlavə, Azərbaycan neft məhsullarının satışına hazır olduğunu bildirib. Neft məhsulları ilə yüklü vaqon gəldi və həmin məhsul bazara daxil oldu”.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












