İlham Əliyevin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi - FOTO - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynin xarici işlər naziri Raşid Alzayani ilə genişləndirilmiş formatda görüş keçirib.
Avtosfer.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.
Məlumatda bildirilib ki, nazirlər görüşdə ikitərəfli münasibətlərin cari vəziyyətini müzakirə edib, iki ölkə arasında gələcək əməkdaşlıq imkanlarını araşdırıblar.
Müzakirələr siyasi dialoq, ticarət və iqtisadi əməkdaşlıq, humanitar təşəbbüslər daxil olmaqla geniş sahələri əhatə edib.
Hər iki tərəf yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm siyasi məsləhətləşmələr və strukturlaşdırılmış iqtisadi əməkdaşlıq mexanizminin yaradılması vasitəsilə qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Nazirlər BMT, İƏT, QH və AİTF kimi regional və beynəlxalq platformalarda qarşılıqlı dəstək və həmrəyliyin davam etdirilməsinə sadiqliklərini bir daha təsdiq ediblər.
C.Bayramov, həmçinin bəhreynli həmkarına regionda münaqişədən sonrakı yenidənqurma və reabilitasiya işlərində, o cümlədən, minatəmizləmə əməliyyatlarında və davamlı sülhün qurulmasına yönəlmiş səylərdə əldə edilən irəliləyiş barədə məlumat verib.
Daha sonra xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Bəhreyn kralı Həməd bin İsa Al Xəlifəyə ünvanlanmış məktubunu vəliəhd və Baş nazir Salman bin Həməd bin İsa Al Xəlifəyə təqdim edib.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə ilə görüşüb.
Avtosfer.az xəbər verir ki bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri ilə bağlı geniş müzakirələr aparıblar.


***
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani, habelə digər yüksəksəviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












