İlham Rəhimova Rusiyada abidə qoyuldu - FOTO

Dünən Sankt-Peterburq Dövlət Universitetində (SPbU) İlham Rəhimovun büstünün açılışı olub.
Avtosfer.az Bakupost.az-a istinadla xəbər verir ki, tədbirdə SPbU rektoru Nikolay Kropacyev, hüquq fakültəsinin dekanı Sergey Olennikov, həmçinin Rəhimovun ailə üzvləri və tələbə yoldaşları iştirak edib.
İlham Rəhimovun 75 illik yubileyinə həsr olunan açılışda çıxış edən rektor Nikolay Kropacyev bildirib ki, “biz yalnız keçmiş böyük hüquqşünas universitet məzunlarını xatırlamır, həm də çağdaşlarımızın fəaliyyətinə hörmət göstəririk”.
Qeyd edək ki, İlham Rəhimov Leningrad Dövlət Universitetinin (indiki SPbU) 1975 ci il məzunu olub. Onun tələbə yoldaşları arasında Rusiya Prezidenti Vladimir Putin, İstintaq Komitəsinin sədri Aleksandr Bastrykin və sabiq daxili işlər naziri Vitali Mozyakov kimi məşhur şəxslər var.
Forbes məlumatlarına görə, 2014-cü ildə Rəhimovun sərvəti yarım milyard ABŞ dolları dəyərində qiymətləndirilmişdi. O, həmin vaxt Moskva ticarət mərkəzlərində pay sahibi idi: “Evropeyskiy”, “Panorama”, həmçinin “Sadovod” bazarında və “Ukraina” otelində payları vardı.
İlqam Rəhimov hüquq elmləri doktoru, Rusiya Elmlər Akademiyasının xarici və Azərbaycan Respublikasının Əməkdar Hüquqşünasıdır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident















