İlk “Lexus”un təqdimatından 36 il ötür - FOTO

80-ci illərin əvvəllərində ABŞ və Avropa bazarlarında artıq möhkəmlənmiş yaponlar bir məsələni müşahidə etdilər: ucuz, qənaətcil və illərlə servisə ehtiyacı olmayan modellərin satışı kifayət deyil. Öznütəsdiq üçün yeni, lüks model lazımdır.
Avtosfer.az xəbər verir ki, bu məsələni ilk başa düşən Toyotanın o vaxtkı rəhbərliyi oldu. Bazarda belə lüks avtomobillərin liderliyi Mercedesə aid idi. Onlar uzun onilliklər sonra Maybach modelini bərpa etmişdilər, eyni zamanda məşhur Mercedes 600 üzərində qızğın iş gedirdi.

Toyotanın ilk işi bazarı öyrənmək oldu, yəni marketinq. Bundan sonra 1983-cü ildə qızğın iş başladı. Təfərrüata varmadan deyək ki, 1989-cu ilədək mühərrikin 450, kuzovun mindən çox prototipi hazırlandı. Layihəyə 1 milyard dollar investisiya qoyuldu. İşə nə az, nə çox 4000 əməkdaş cəlb edilmişdi.

Nəhayət 1989-cu ildə Detroyt avtomobil sərgisində ilk lexus LS təqdim olundu və ciddi maraq doğurdu. Növbəti ilin yanvarında isə Car and Driver jurnalı LS 400 modelini ilin ən yaxşı 10 avtomobili siyahısına daxil etdi. Cəmi 1 ildə şirkət 43 min LS satmağa nail oldu, sonradan satışlar daha intensiv oldu.

Artıq 36 ildir Lexus müxtəlif versiyalarda istehsal olunur və özünü doğruldub.
Vüqar Yaşaroğlu
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












