İmişlidə “Promalt” MMC-nin arpa emalı müəssisəsi istifadəyə verildi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də İmişlidə “Promalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) arpa emalı müəssisəsinin açılışında iştirak edib.
Avtosfer.az xəbər verir ki, müəssisədə pivə istehsalında əsas xammal hesab olunan arpanın xüsusi proseslərdən keçərək mayalanma və fermentasiya üçün hazır vəziyyətə gətirilməsi ilə əldə edilən məhsul - malt istehsal olunacaq. İsveçrənin “Bühler GmbH” şirkətinin müasir texnologiyası əsasında hazırlanmış avadanlıqla təchiz olunan və emal prosesi tam avtomatlaşdırılan müəssisədə ildə 11 min ton arpa istehsal ediləcək.
Müəssisənin investisiya dəyəri 33,2 milyon manatdır.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu, “Azərşəkər” MMC və “Azərsun Holdinq” MMC-nin tərəfdaşlığı əsasında həyata keçirilən layihəyə dövlətin investisiya təşviqi mexanizmi çərçivəsində vergi və gömrük güzəştləri ilə dəstək göstərilib. “Carlsberg Azerbaijan” pivə zavoduna da xammal satışı həyata keçirən müəssisə Cənubi Qafqazda pivəlik arpa səmənisinin emalı üzrə ixtisaslaşmış ilk müasir istehsal obyektidir. Layihə regionda aqrar-sənaye inteqrasiyasını gücləndirməklə yanaşı, texnoloji modernləşmə, daxili bazarın dayanıqlı xammal təminatı, istehsalın lokallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada 47 nəfər işlə təmin olunacaq.













Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












