İRİA-nın "mygov"la bağlı təqdim etdiyi yeni videoçarx izlənmə rekordu qırdı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim olunan “mygov” platformasının yeni videoçarxı sosial şəbəkələrdə qısa müddətdə böyük maraqla qarşılanıb.
Avtosfer.az xəbər verir ki, videoçarx cəmi üç gün ərzində 4 milyondan çox baxış toplayaraq izlənmə rekordu qırıb.
“mygov ilə sənədlərim hər zaman üstümdədir” yeni çarxın əsas mesajıdır.
Videoçarxda vətəndaşların gündəlik həyatında qarşılaşdıqları müxtəlif situasiyalar fonunda rəqəmsal sənədlərin üstünlükləri nümayiş olunur.
Bildirilir ki, artıq sənədləri fiziki formada daşımağa, kağız toplusuna və ya uzun növbələrdə gözləməyə ehtiyac yoxdur. Əsas dövlət sənədləri və xidmətləri bir neçə kliklə əlçatandır.
Çarx vasitəsilə “mygov” platformasının təqdim etdiyi imkanlar, sənədlərə operativ çıxış, təhlükəsiz saxlanma və sürətli təqdimetmə ön plana çəkilir.
Rəqəmsal həllər sayəsində vətəndaşlar vaxt itkisinin qarşısını alır, proseslər isə daha çevik və rahat şəkildə həyata keçirilir.
Videonu bu keçid vasitəsilə izləyə bilərsiniz.m
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ











