İşləri məhkəməyə göndərildi

Baş Prokurorluğun İstintaq İdarəsində qeyri-hökumət təşkilatları nümayəndələrinə qarşı aparılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, cinayət məsuliyyətinə cəlb edilənlərdən bir neçəsinə artıq yekun ittiham elan olunub. Onlardan Bəşir Süleymanlı, Qalib Bayramov (Qalib Toğrul) və Nərgiz Muxtarovanın işi məhkəməyə göndərilib.
QHT nümayəndələri vəzifə səlahiyyətlərindən sui-istifadə, cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq kimi cinayətlərdə ittiham olunurlar.
İstintaqın əvvəlindən B.Süleymanlı həbs edilib. Q.Bayramov və N.Muxtarova barəsində isə “polisin nəzarəti altında vermə” növündə qətimkan tədbiri seçilib.
Cinayət işləri Bakı Ağır Cinayətlər Məhkəməsində ayrı-ayrılıqda araşdırılacaq.
Qeyd edək ki, Qalib Toğrul bir neçə ay əvvəl ev dustaqlığına buraxılan iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb












