İzmir hava limanı uçuşları dayandırdı

Türkiyənin İzmir şəhərindəki Menderes Beynəlxalq Hava Limanı meşə yanğını səbəbindən uçuşları dayandırıb.
Avtosfer.az xəbər verir ki, yanğın Seferihisar və Menderes rayonlarında 40°C-ə yaxın temperaturda güclü istilər zamanı baş verib. Bəzi yerlərdə sürəti saatda 70 kilometrə çatan küləyin əsməsi vəziyyəti daha da gərginləşdirir və alovun genişlənməsinə səbəb olur.
"Menderes hava limanı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Yanğın söndürüldükdən sonra uçuşların bərpa olunacağı gözlənilir", - deyə məlumatda deyilir.
Seferihisarın 5 məhəlləsindən yerli sakinlər təxliyə edilib. Əyalət qubernatoru Süleyman Elban bildirib ki, yanğınla bağlı ilk xəbərlərdən cəmi 15 dəqiqə sonra yanğının söndürülməsinə başlanılıb.
Güclü külək nəzərə alınaraq, helikopterlər yanğının söndürülməsində iştirak edə bilmir. Elban qeyd edib ki, yanğının söndürülməsində altı təyyarə, 700-ə yaxın yanğınsöndürən iştirak edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












