Kamran Əsədov gülə-gülə məhkəməyə girdi - Cinayəti ilə bağlı məhkəmə prosesi başladı - YENİLƏNİB

Bu il keçirilən buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə baxışı olub.
Avtosfer.az xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttiham aktını prokuror Murtuz Bəylərov elan edib.
İttiham aktına münasibət bildirən təqsirləndirilən Kamran Əsədov özünü təqsirli bilmədiyini deyib.
Digər təqsirləndirilən Gündüz Abbasov Cinayət Məcəlləsinin 302-ci maddəsi üzrə özünü təqsirli bilib. O, 308-ci maddə ilə təqsirli olmadığını deyib.
Zərərçəmiş qismində məhkəmədə DİM nümayəndəsi ifadə verib. O, qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları barədə danışıb.
Növbəti məhkəmə prosesi 2026-c il yanvarın 22-ə təyin edilib.
***15:06
Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslərin Gəncədə məhkəməsi keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, cinayət işinə Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baxılır. Tanınmış ekspert Kamran Əsədov məhkəməyə daxil olub.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












