Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı

Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun qaynı işdən çıxarılıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bəhman Hüseynli bir müddət öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzindəki mütəxəssis vəzifəsindən ayrılıb.
Bu barədə cavab olaraq universitetdən bildirilib ki, sözügedən şəxs həqiqətən də 2025-ci il dekabr ayının 12-də öz ərizəsi ilə vəzifəsindən uzaqlaşıb.
Qeyd edək ki, yanvar ayının 22-də Gəncə şəhər Məhkəməsində Kamran Əsədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Məlum olub ki, K.Əsədovun qaynı Bəhman Hüseynli məhkəməyə getməməsi üçün şahidə təzyiq göstərirmiş. B.Hüseynli həm də Kamran Əsədovun köməkçisi olub.
Onun şahidlərə hansı səbəbdən təsir etdiyi soruşulub, lakin B.Hüseynli hakimin sualına tam cavab verə bilməyib.
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO












