Kazino oyunlarının təşkilatçıları kimlər hesab ediləcəklər?

Kazino oyunlarının təşkilatçıları və operatorları qeyri-maliyyə institutları və peşə sahibləri hesab ediləcəklər.
Avtosfer.az xəbər verir ki, sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənəddə qeyd olunub ki, kazino oyunlarının təşkilatçısına və operatoruna münasibətdə bu qanunun 4-8-ci maddələrinin tələbləri müştəri tərəfindən 3 min manat məbləğində və ya daha artıq məbləğdə maliyyə əməliyyatları həyata keçirildikdə tətbiq ediləcək.
Kazino oyunlarının təşkilatçısı tərəfindən müştəri uyğunluğu tədbirləri, müştərinin kazinoda həyata keçirdiyi hər bir maliyyə əməliyyatının onun barəsində bu tədbirlər çərçivəsində əldə edilmiş məlumat və sənədlərlə əlaqələndirilməsinə imkan verəcək qaydada həyata keçirilməlidir.
Bu halda kazinolarda yalnız çiplər və ya tokenlər istifadə edilməklə aparılan kazino oyunları ilə bağlı əməliyyatlar maliyyə əməliyyatları hesab edilməyəcək.
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA












