Keçid ballarının müxtəlif olması məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Respublika Fənn Müsabiqələrinin final mərhələsinə keçid balları açıqlandıqdan sonra Azərbaycan Respublikası Təhsil İnstitutuna (ARTİ) çoxlu sayda müraciət daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə ARTİ məlumat yayıb.
Bildirilib ki, fənn müsabiqələri müxtəlif fənlər üzrə təşkil olunduğundan, hər bir istiqamət üzrə iştirakçı sayı, tapşırıqların xüsusiyyətləri, nəticələrin ümumi statistik göstəriciləri və iştirakçıların performans səviyyəsi bir-birindən fərqlənir:
"Bu səbəbdən yarımfinal mərhələsinin nəticələrinə əsasən final mərhələsinə keçid balları da fənlər üzrə eyni olmaya bilir. Keçid balları müəyyən edilərkən hər bir fənn üzrə yarımfinal mərhələsində iştirak edən şagirdlərin sayı, iştirakçıların nəticələrinin ümumi statistik təhlili, tapşırıqların çətinlik səviyyəsi, final mərhələsi üçün nəzərdə tutulan iştirakçı sayı kimi meyarlar nəzərə alınır".
"Bu yanaşma beynəlxalq və yerli qiymətləndirmə təcrübəsinə uyğun olaraq tətbiq edilir və məqsəd hər bir fənn üzrə ən yüksək nəticə göstərən iştirakçıların növbəti mərhələyə vəsiqə qazanmasını təmin etməkdir.
Bir daha diqqətə çatdırırıq ki, fərqli fənlər üzrə keçid ballarının fərqli olması hər hansı üstünlük və ya ayrı-seçkilik deyil, müsabiqənin qiymətləndirmə mexanizminin və statistik nəticələrinin təbii göstəricisidir", - məlumatda qeyd edilib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












