Kəlbəcərdə avtonom radiomonitorinq stansiyası istifadəyə verilib - FOTO

Respublika ərazisində radionəzarət imkanlarının genişləndirilməsi, radiotezlik spektrinin daha səmərəli idarə olunması və müasir texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu çərçivədə növbəti günəş panelli avtonom radiomonitorinq stansiyası (avtonom RMS) Kəlbəcərdə quraşdırılaraq istifadəyə verilib.
Avtosfer.az xəbər verir ki, müasir texnologiyaların tətbiqi, o cümlədən SDR (proqram əsaslı radioqəbuledici) tipli radioqəbuledici avadanlıqlarla təchiz edilən stansiyanın istismarı nəticəsində Kəlbəcər şəhəri və ətraf ərazilərdə radio yayımların, eləcə də radiotezlik spektrinin məsafədən operativ monitorinqinin aparılması təmin olunub. Yeni yaradılan infrastruktur radiomonitorinq proseslərinin daha çevik və effektiv şəkildə həyata keçirilməsinə imkan verir.
Avtonom RMS-in texniki imkanları sayəsində günün istənilən vaxtında stansiyaya məsafədən qoşulmaq, real vaxt rejimində spektr məşğulluğunu izləmək, ölçmə nəticələrini təhlil etmək və radionəzarət proseslərini məsafədən idarə etmək mümkündür.
Bu stansiyada digər radiomonitorinq stansiyalarının istismarı və müasir texnoloji tələblər nəzərə alınmaqla modernizasiya işləri aparılıb, videomüşahidə sistemi quraşdırılıb. Həmçinin enerji resurslarından səmərəli istifadə məqsədilə avadanlıqların məsafədən aktiv və ya deaktiv olunmasına imkan verən idarəetmə funksiyası tətbiq edilib.
Kəlbəcərdə istifadəyə verilən avtonom RMS işğaldan azad olunmuş ərazilərdə radiotezlik spektrinin monitorinqi və radionəzarət imkanlarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin növbəti mərhələsini təşkil edir.
Ümumilikdə Dövlət Radiotezliklər İdarəsi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Şuşa, Laçın, Zəngilan, Ağdam və Kəlbəcərdə avtonom radiomonitorinq stansiyalarının qurulması təmin olunub. Həmçinin işğaldan azad edilmiş ərazilərdə iş planına və aidiyyəti üzrə tapşırıqlara uyğun radiomonitorinq, ölçmə, texniki nəzarət və vizual baxış işləri aparılır.
.jpg)
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
Xırdalan parkında təhlükəli vəziyyət: Naqillərin üzəri açıq qalıb - VİDEO
İlham Əliyevdən Sabir Rüstəmxanlı ilə bağlı SƏRƏNCAM










