Kəlbəcərdə işıq dirəyini tarixi abidənin “qulağına tikiblər”

Kəlbəcər rayonunda işıq dirəyinin qədim körpünün düz böyrünə basdırılması narazılığa səbəb olub.
Avtosfer.az xəbər verir ki, əslən Kəlbəcər rayonundan olan əməkdar jurnalist, naşir, sabiq deputat Əlövsət Ağalarov bu məsələyə sosial şəbəkədə belə reaksiya verib:
“Ən böyük əraziyə sahib rayonda işıq dirəyini basdırmağa yer tapmadılarmı? Dirəyi gətirib 150 ildən çox yaşı olan tarixi abidənin “qulağına tikiblər”…”.
Digər sosial media hesablarında da Kəlbəcər Xüsusi Nümayəndəliyinə və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə bununla bağlı çağırışlar edilib. Qeyd olunub ki, sözügedən Nümayəndəlik və Xidmət bu işlərə ciddi nəzarət etməlidir, əks halda tarixi abidə sayılan və XIX əsrdə qurulan körpü hansısa mühəndislərin səhvi, etinasızlığı ucbatından tarixin uçurumuna yuvarlana bilər.
O da qeyd olunub ki, bu kimi işlərdə rayonu yaxşı tanıyan insanlarla məsləhətləşmək gərəkdir.
Əlövsət Ağalarov açıqlamasında deyib ki, sözügedən körpünü 1870-ci ildə Hacı Əhməd salıb:
“Körpü Tərtər çayının üstündə yerləşir və yol Soyuqbulaq kəndinə aparır. Ona görə də bu körpüyə Soyuqbulaq körpüsü deyirlər”. /Medianews.az/
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












